Bu gün açıqlanan və təbii sərvətlərin idarəedilməsini təhlil edən yeni indeksə əsasən, Azərbaycanda neft və qaz sənayesini idarə edən xüsusi qanunların olmaması ölkənin ən vacib iqtisadi sektoruna effektiv ictimai nəzarəti məhdudlaşdırır.
Gəlirlərə Nəzarət İnstitut tərəfindəın hazırlanmış Resursların İdarəedilmə İndeksi 58 ölkədə neft, qaz və mədən sektorunun idarəedilməsinin keyfiyyətini ölçür. İndektin əhatə etdiyi bütün ölkələr - ən yüksək yer tutmuş Norveçdən başlayaraq, ən aşağı mövqedə olan Myanmaya qədər 4 meyar əsasında qiymətləndirilmişlər: hüquqi mühit, şəffaflıq səviyyəsi, nəzarət mexanizmləri və daha geniş idarəetmə mühiti.
Azərbaycan 58 ölkə arasında 28-ci yeri tutub. Ümumilikdə “zəif” xal toplayan ölkə ilk 3 göstərici üzrə orta səviyyəli icra göstərsə də, korrupsiyaya nəzarət və demokratik hesabatlılıq üzrə icra vəziyyəti “pis” kimi qiymətləndirilib.
“Azərbaycan kimi təbii ehtiyatlardan asılı ölkələrdə gəlirlərin idarəedilməsi üzrə qanunvericiliyin olmaması səbəbindən Gəlirlərin İdarəedilməsi İndeksi etibarlı məlumat mənbəyi və mühim siyasətə təsir aləti kimi çıxış edə bilər” – Bakıda yerləşən EİTİ QHT Koalisiyasının üzvü, iqtisadçı-ekspert Qubad İbadoglu qeyd edib. “Bu İndeks eyni zamanda Azərbaycanda gəlirlərin idarəedilməsi prosesini digər ölkələrlə müqaisəsinə imkan verir və bu sahədə təkmilləşdirmə potensialını ortaya çıxarır.
Neft-qaz gəlirləri dövlət büdcəsinin 75 faizini təşkil edir və hökümət bu sahədə şəffaflığın artırılması üçün mühim addımlar atıb. Azərbaycan EİTİ prosesinə qoşulub və regionda “Məlumatın Əldə edilməsi” haqda qanun qəbul etmiş azsaylı ölkələrdəndir. Bütün bu nailiyyətlərə baxmayaraq, ölkədə hələ də təkmil neft qanunvericiliyi yoxdur ki, bu da, çox həssas oilan neft sektorunda səmərəsiz idarəetməyə yol açır.
Məsələn, İndeksi hazırlayan tədqiqatçılar qeyd etmişlər ki, ölkədə Dövlət Neft Fondunu tənzimləyən xüsusi qanunvericilik yoxdur və gələcək nəsillər və ölkə iqtisadiyyatını qiymət enmələrindən sığortalamaq funksiyası daşımalı olan Fondun gəlirləri üzərində Prezidentın məhdudiyyətsiz səlahiyətləri var.
Neft istehsal həcminin azalmasını nəzərə alaraq, son zamanlar ölkə prezidenti İlham Əliyev iqtisadiyyatının diversifikasiyası və dayanıqlı inkişafın önəmliliyini dəfələrlə vurğulayıb. İndeksdə ölkənin göstərdiyi nəticələr də sübut edir ki, neft sektorunda hesabatlılığın artırılması və Azərbaycanın payına düşən neft gəlirlərinin bir hissəsinin gələcək üçün düzgün sərmayə edilməsi üçün islahatlara ehtiyac var.
“Resursların İdarəedilməsi İndeksi hər bir hökümətin marağında olan resursların idarəedilməsi məsələsinə fokuslanıb” – iqtisadçı və Beynəlxalq EİTİ İdarə heyətinin üzvü Sabit Bağırov deyib. “Belə dəyərləndirmələrin mütəmadi aparılması vacibdir, belə ki, bu, hökümətlərə hasilat sənayesində islahatlarla bağlı inkişafı izləməyə imkan verir”
İndeks hətta yüksək icra nümayiş etdirmiş ölkələr üçün də tövsiyələr vermişdir. Azərbaycanda tədqiqatçılar neft sektorunu tənzimləyən qanunvericiliyin və məlumatların açıqlanması mexaznimlərinin təkmilləşdirilməsini vacibliyini vurğulayıb. Azərbaycan minimum EİTİ standartlarından daha yüksək icra göstərməli və şirkətlər üzrə fərdi açıqlamanı təmin etməlidir.
“İndeks təkcə bizim hazırda durduğumuz nöqtəyə baxmır, eyni zamanda ölkələr, şirkətlər və beynəlxalq təşəbbüslər üçün yeni imkanları göstərir, çünki resursların idarəedilməsinin təkmilləşdirilməsi, şübhəsiz, bu onilliyin hədəflərindəndir” – Gəlirlərə Nəzarət İnstitutunun prezidenti Daniel Kaufmann deyib.