Bakıda sabiq məmurun avtomobili qarət edilib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bakı şəhər sakini Barat Nuriyevə məxsus "BMW" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 300 manat və 300 türk lirəsi oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Yevlax rayon sakini Aqil Camalov tutulub.
Onun daha 2 paytaxt sakininə məxsus avtomobillərdən pul və noutbuk oğurlaması da müəyyənləşib.
Saytın əldə etdiyi məlumata görə, B. Nuriyev vaxtilə Dövlət Əmlak Komitəsi sədrinin müavini olub.