Gürcüstan Diaspora İşləri üzrə Dövlət Nazirliyi ləğv edilib.
Report xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Teya Tsulukiani hökumətin iclasından sonra bildirib.
Onun sözlərinə görə, həmin qurumun funksiyası Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə daxil ediləcək.
Məlumata görə, Gürcüstan Gənc Hüquqçular Birliyi hökuməti diaspora işləri üzrə qurumu ləğv etməməyə çağırmışdı.