Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Deputat: "Seçkilər ABŞ cəmiyyətində irqi, dini və milli böhranı ortaya çıxarıb"

Deputat:


"Mənim aləmimdə ABŞ-da keçirilən seçkilər Amerika cəmiyyətində irqi, dini və milli böhranı ortaya çıxarıb. İkincisi, seçkilər ABŞ vətəndaşlarının pulunu Əfqanıstan və Yaxın Şərqdə, digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxarıb. Bundan əlavə Ağ ev ətrafında əksəriyyəti Klintonun çevrəsində qərarlaşmış lobbi qruplarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin və onların qurduqları korrupsiya sistemi dağılmış olub". 



 APA bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

 

"Ərəb şeyxlərindən tutmuş, ayrı-ayrı ticarət mərkəzlərindən alınan vəsaitlər seçki kampaniyasına yönəldilməkdə idi. Bu da oradakı seçki sisteminə qədər korrupsiyanın olduğunu sübut etmiş olub. Bütün bunlar bizim rəyimiz deyil, bunlarla bağlı yetərincə faktlar mövcuddur. Demokratiya adı altında ayır-ayrı ölkələrin məhvinə səbəb olan siyasətə xalq öz reaksiyasını bildirmiş oldu. ABŞ vətəndaşının problemini kənara qoyub, müxtəlif ölkələrdə siyasət quranlar və onlara necə yaşamağı diktə edənlər, liberal demokratiyanı ixrac edənlər qarşılarında çox ağır nəticə gördülər. Ona görə də hesab edirəm ki, bu, Türkiyə-Ermənistan sərhədini açmaq adı ilə Azərbaycan millətinin Dağlıq Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyən böyük siyasəti reallaşdırmağa çalışanların məğlubiyyəti oldu. Hörmətli Oqtay müəllim, bu mənim fikrimdir, bir deputat kimi siyasi mövqeyimdir. Xahiş edirəm, bunu hörmətlə qarşılayın", - deyə Z. Oruc bildirib.  

 

Spiker Oqtay Əsədovun cavabı isə belə olub: "Zahid Oruc bir hövsələn olsun, əvvəldən niyə elə narahat olmanı ifadə edirsən? Mən sənə nə deyirəm ki? Fikrini bildirmək istədin, mən də söz verdim".


Teqlər:
Bu xəbər cəmi 1600 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR