Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Çin Azərbaycanla iqtisadi əməkdaşlığını gücləndirir

Çin Azərbaycanla iqtisadi əməkdaşlığını gücləndirir


İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Çin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.



İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin, imzalanan sənədlərin ölkələrimiz arasında əlaqələrin genişlənməsində mühüm rol oynadığını vurğulayıb. Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafında iş adamlarının fəaliyyəti xüsusilə önəmlidir. Hazırda Azərbaycanda Çin kapitalına əsaslanan 77 şirkət fəaliyyət göstərir. Bu şirkətlər neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sahəsində də uğurlu layihələr həyata keçirirlər. Diqqətə çatdırılıb ki, Azərbaycanda fəaliyyət göstərən sement zavodları Çin şirkətləri tərəfindən tikilib.





Azərbaycan-Çin ikitərəfli əməkdaşlığının inkişafında ticarət əlaqələrinin əhəmiyyətini qeyd edən Şahin Mustafayev bu ilin 9 ayında Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin 56% artdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Çinlə əlaqələrin daha da inkişafında maraqlıdır və energetika, nəqliyyat, tranzit yükdaşımaları, investisiya sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var. Nazir Şahin Mustafayev Çin şirkətlərini fəal əməkdaşlığa dəvət edib.



Çinin "CNPC" şirkətinin İdarə Heyətinin üzvü Vanq Şihonq Azərbaycan-Çin siyasi-iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib, təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. Vanq Şihonq Azərbaycanda Qaz Emalı və Kimya Kompleksinin yaradılması layihəsindən danışaraq, 2016-cı ildə "CNPC" şirkəti ilə SOCAR arasında Anlaşma Memorandumunun imzalandığını və layihənin uğurla reallaşdırılacağına əminliyini vurğulayıb. Bildirilib ki, "CNPC" şirkəti Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.



Görüşdə Çin şirkətlərinin azərbaycanlı həmkarları ilə əlaqələrinin genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb.


Teqlər:
Bu xəbər cəmi 2400 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR