"Report" bildirir ki, Minskin Milli Hava Limanında onu Belarusun baş naziri Andrey Kobyakov qarşılayıb.
Minskin Müstəqillik Sarayında Türkiyə prezidentininin qarşılanma mərasimi keçirilib. Onu belaruslu həmkarı Aleksandr Lukaşenko qarşılayıb. Hər iki ölkənin dövlət himnləri səslənib.
Mərasimdən sonra prezidentlərin təkbətək görüşü olacaq. Onlar iki ölkə arasında əməkdaşlığın inkişafına dair məsələləri ətraflı müzakirə edəcəklər.
Eyni zamanda, Rəcəb Tayyib Ərdoğanla Aleksandr Lukaşenko Türkiyə-Belarus biznes forumuna qatılacaqlar.
Bundan başqa, dövlət başçılarının iştirakı ilə Minskdə məscidin təntənəli açılışı olacaq. Qeyd edək ki, 1890-cı ildə həmin yerdə tikilən məscidi 1962-ci ildə dağıdıblar. 2014-cü ildə məscidin inşasına başlanılıb.
Hazırda Belarusda 100 minə yaxın müsəlman yaşayır.