Daxili İşlər Nazirliyi Aşağı Güzdəkdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN xəbər verir ki, noyabrın 10-da saat 13 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Samirə Şəkərəliyeva, Ramil Xəlilov və Hökməli qəsəbə sakini Əliağa Əliyev vurulublar. Onlar xəstəxanaya yerləşdiriliblər və Ə.Əliyev orada ölüb.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Dacia" markalı avtomobilin sürücüsü, Müşviqabad qəsəbə sakini Ağaşah Məmmədəliyev saxlanılıb.