May ayında el şənlikləri az olur. Ya da heç olmur. Şou əhlinin də başı qarışır elə şou proqramlara. Bir azdan yenə toy mövsümü başlayacaq. İstədik öyrənək görək, şou əhlinin toy qiymətlərində yenilik yoxdur ki?
Əvvəlcədən onu qeyd edək ki, bir çoxları toy qiymətlərini açıqlamaqdan boyun qaçırdı. Bir qismi isə şişirdilmiş məbləğ söylədi. Amma real qiymət deyənlər də oldu.
“Yenimeydan.info” Lent.az-a istinadən müğənnilərin toy qiymətlərini təqdim edir.
“Faytonçu” ləqəbi ilə tanınan Nazim Pişyari toy qiymətinin stabil olduğunu bildirdi. Toyu əvvəldən axıracan idarə etmək 5000 manat, yarım saatlıq çıxış isə 2000 manata.
“Elit Star” ləqəbi ilə tanınan Cəmilə İsgəndərova isə el şənliklərinə daim eyni qiymətlərə getmədiyini söyləyib: “Bilirsiniz, bəzən tanış adamlar çıxır ki, onların toylarını pulsuz idarə edirəm. Amma normalda mənim toy qiymətim 4-5 mindir. Yarım saatlıq çıxışım 500-800 manat arasında dəyişir. Bəzi müğənnilər kimi yalandan qiymət demirəm. Daim neçəyə gedirəmsə, onu da söylədim”.
Müğənni Nura Suri bütöv toy idarə etmir. Ancaq yarım saatlıq: 1500 manata.
Müğənni Zarina Məmmədova da onun kimi, 1500 manata.
Müğənni Ayan Bababkişiyeva də eləcər. Amma bir az baha, 2 min, 2 min 500 manata.
Meyxanaçı Namiq Qaraçuxurlu nun isə toy qiyməti Bakıda ayrı, bölgələrdə ayrıdır. Prodüseri Ataş Hüseyn in bildirdiyinə görə, Namiqin paytaxtda 30 dəqiqəlik çıxışı 3000 manat, respublikamızın rayonlarında isə 60 dəqiqəsi 6000, bəzən 8000-10000 manat arası dəyişir.
Müğənni Natavan Həbibi nin yarım saatlıq çıxışı toy sahiblərinə 3000 manata başa gəlir.
Müğənni Rəqsanə İsmayılova nın yarım saatı 3500 manatdır. Bütöv toyu isə ansamblla 9000 manata idarə edir. Rusiyada isə qiymət bir qədər də yuxarıdır: ansamblsız bütöv toy 15000, ansamblla 20000 manata.
Müğənni Elvin Abdullayev bütöv toyu 4000 manata aparır. Yarım saatlıq çıxışı isə 700 manatdır.
“Eurovision” təmsilçimiz Səbinə Babayeva nın toyda öz musiqiçiləri ilə birgə 1 saatlıq çıxışı 10000 manatadır.
Müğənni Günay İbrahimli bütöv toya 5 minə gedir, yarım saatlıq isə 1000 manata.
Müğənni Zamiq Hüseynov un yarım saatlıq çıxışı 2500 manatadır.
Xalq artisti Zülfiyyə Xanbabayeva nın prodüseri Nigar isə əvvəlcə toyun harada keçiriləcəyini soruşdu. “Toy harada olacaq? Kimdir danışan?”
Jurnalist olduğumuzu bilib, “Zülfiyyə xanım toylara pulla getmir. Ancaq qohum, dost-tanış toyuna gedir. Sağ olun, mən xaricdəyəm. Başqa bir söz deyə bilmirəm. Bir sözlə, toylara getmir”, - deyə bildirdi.
“Toylar kralı” Manaf Ağayev isə yarım saatlıq toy idarə etmir: “Mən çox vaxt bütöv toy idarə edirəm. El şənliyində məni görmək istəyən insan 4-5 min manatından keçməlidir”.
Müğənni Nadir Qafarzadə ni toyunda görmək istəyənlər 11 min, xalq artisti Səməd Səmədov u dəvət etmək istəyənlər isə 4 min manatından keçməlidirlər. Səməd bəyin yarım saatlıq çıxışı isə 1000 manatadır.
Müğənni Ramal İsrafilov bütöv toyu 10-12 min manata idarə edir. Yarım saatlıq çıxışı isə 3000-3500 manat arasında dəyişir.
Xalq artisti Brilliant Dadaşova nın prodüseri Nigar isə toy qiymətini söyləməkdən imtina etdi: “Mən hələ baxmalıyam toy haradadır? Həmin günə yer boş olandan sonra qiyməti deyə bilərəm. Belə qiyməti demirik”. Amma məlumata görə xalq artisti bütöv toyu 10.000 - 12.000 arası qiymətə idarə edir. Yarım saatlıq çıxışı isə 4000 manatadır.
Digər müğənnilərin toy qiymətləri isə aşağıdakı kimidir: qiymət manatla göstərilib.
Xumar Qədimova – 8000
Xatirə İslam - 7000-8000
Ruhəngiz Allahverdiyeva - 4000
Nazənin – 4000
Baloğlan Əşrəfov - 3500-4000
Elton Hüseynəliyev - 7000
Abbas Bağırov - 12 000
İradə İbrahimova - 10 000
Elnarə Abdullayeva – 6000-7000
Xalq artisti Bilal Əliyev toy qiymətinin qalxdığını söyləyib: “Əvvəllər mənim toy qiymətim 100 min avro idisə, indi bu rəqəm artıq bir neçə gündür ki, qalxıb 130 min avro olub. Bu qiymətə həm Azərbaycanda, həm də xaricdəki həmvətənlərimizin toyunda iştirak edirəm”.