Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Misir Mərdanova daha bir vəzifə

Misir Mərdanova daha bir vəzifə
Keçmiş nazir Elmi Şuraya rəhbərlik edəcək

Mayın 15-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verib, iclasın elmi məruzə, elmi-innovativ və elmi-təşkilati mövzulardan ibarət 12 məsələnin müzakirəsinə həsr olunduğunu bildirib.


 


Tədbirdə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev ölkə prezidentinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə fəaliyyət planının təsdiq edilməsi haqqında” məruzəsini təqdim edib. Alim bildirib ki, AzScienceNet elm kompüter şəbəkəsinin ölkə üzrə infrastrukturunun inkişaf etdirilməsi, Azərbaycana dair kontentin və Wikipedia kimi qlobal informasiya resurslarının ölkəmizlə əlaqədar məlumatlarla zənginləşdirilməsi, İKT-nin tətbiqi ilə əlaqədar elmi-tədqiqat işlərinin aparılmasına dəstək göstərilməsi və digər məsələlərin İnformasiya Texnologiyaları İnstitutunun qarşısında duran əsas hədəflərdəndir.


 


R. Əliquliyev onu da əlavə edib ki, AMEA-nın institut və təşkilatlarının İKT ilə təminatı vəziyyətinin monitorinqi, AzScienceNet şəbəkəsinin istifadəçiləri üçün yeni İnternet xidmətlərinin göstərilməsi, Azərbaycan xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında məlumatları özündə əks etdirən kontentlərin müəyyən olunaraq viki-mühitdə yerləşdirilməsi, “Thomson Reuters” korporasiyasının elmi bazasına çıxış imkanının təşkili üçün tədbirlərin görülməsi və digər məsələlərin “İKT ili” çərçivəsində görüləcək işlər sırasındadır: “Həmçinin Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği, yayılması və xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyi üzrə tədbirlərin görülməsi məsələlərinin fəaliyyət planında yer alıb”. Alim birgə onlayn forumun keçirilməsi, onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi, “Onlayn fikir bankı”nın yaradılması və s. barədə də məlumat verib. Sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.


 


AMEA-nın sabiq prezidenti, akademik Həsən Abdullayevin 95 illik yubileyinin keçirilməsi, Mexanika və Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanovun institutun Elmi Şurasının sədri vəzifəsinə təyin edilməsi, AMEA-nın Fizika İnstitutunun və Mərkəzi Nəbatat Bağının Elmi Şuralarının tərkibində müəyyən dəyişikliklər edilməsi, görkəmli ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin anadan olmasının 150 illik, görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun anadan olmasının 90 illik yubileylərinin keçirilməsi və s. məsələlər Rəyasət Heyəti üzvləri tərəfindən müzakirə edilərək qəbul olunub.

Teqlər:
Bu xəbər cəmi 1275 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR