“Bakıdan 2011-ci ildən ayrıldım və bu il təzədən Azərbaycana qovuşdum. Amma bu dəfə səfir vəzifəsində. Bu illər ərzində Azərbaycan bir çox sahələrdə inkişaf edib. Bu sahədən biri də mətbuatdır”.
Modern.az-ın xəbərinə görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə deyib.
Bakıya yeni gələn səfir bildirib ki, bu illər ərzində Azərbaycanın onlayn mediası çox inkişaf edib, televiziyası 60, radiosu isə özünün 90-0cı ildönümünü qeyd edir.
Səfir ikitərəfli əlaqələrə də toxunaraq, fəaliyyəti müddətində “bir millət, iki dövlət” prinsipinə sadiq qalacaq.
E.Özoral həmçinin iyulun 15-də Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən də danışıb:
“Azərbaycan-Tükiyə əlaqələri bu hadisələrdən sonra bir nümunəyə çevrilib. Təbii ki, bizim qardaşlıq əlaqələrimiz əbədidir. Azərbaycan xalqının, rəhbərliyinin verdiyi dəstək heç vaxt unudulmayacaq”.