ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın müşavirləri onu Tvitter mikrobloqundan uzaqlaşdırıblar.
Tampın müşavirləri milyarderin sistematik olaraq mikrobloqunu siyasi rəqiblərinə qarşı istifadə etdiyinə görə müvəqqəti bağlayıblar.
KİV yazır ki, Tramp seçiciləri ilə "filtrdən keçirilməyən baxışları" bölüşdüyü üçün ara-sıra qalmaqallar yaşanıb.
Nəşrin məlumatına görə, Trampın Tvitter-də izləyicilərinin sayı 13 milyondan çoxdur.
Qeyd ədək ki, ABŞ-da prezident seçkiləri noyabr ayının 8-də keçiriləcək.