Baş vergi xidməti müşaviri Raqif Qurban oğlu Qurbanov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.
Report xəbər verir ki, o bu vəzifədə vergilər nazirinin müşaviri təyin edilmiş Natiq Şirinovu əvəz edib.
Məlumata görə, keçmiş müşavir İlqar İsmayıl oğlu Əhmədov isə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi təyin edilib. Bununla da ədliyyə müşaviriVüqar İsmət oğlu İsmayılov vəzifədən azad edilib.
Bundan əlavə, nazir müşaviri Habil Amil oğlu Məmmədovun səlahiyyətləri artırılıb və o, həm də Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib. Həmçinin, H.Məmmədova Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin kuratorluğu da tapşırılıb.