Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı üçün təhlükə

Bakı üçün təhlükə
“Abşeron yarımadasının cənubunda çox güclü şəkildə gərilmə baş verir. Bu gərilmə Bakı şəhəri üçün də müəyyən təhlükə yarada bilər”.


“Yenimeydan.info ” xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri Fəxrəddin Qədirov bildirib. Onun sözlərinə görə, məhz buna görə də Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun və Geologiya İnstitutunun dəstəyi ilə Bakı şəhərində iki il 600-dən artıq nöqtədə mikrotremor ölçüləri aparılıb. Bu ölçülərin nəticələri əsasında Bakı şəhəri üçün seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanıb.



F. Qədirov deyib ki, Azərbaycandakı geodinamik situasiyanı öyrənmək üçün 1998-ci ildən Azərbaycan GPS poliqonu yaradılıb. Bunun əsasında yapon alimləri ilə birlikdə Azərbaycan ərazisinin gərginlik toplanılması xəritəsi qurulub: “Geoloji təhlükələrlə məşğul olan hər bir təşkilat bu xəritədən istifadə etməlidir. Abşeronun cənub tərəfində - Şıxlar, Qobustan ərazisində çox güclü gərilmə zonası var. Burada gərginliyin qiyməti çox yüksəkdir. Böyük Qafqaz boyu yenə də gərilmə sahələri var. Kiçik Qafqazda isə sıxılma sahələrinin olduğunu görürük. Həmin sahələr də təhlükəli sahələrdir. İran ərazisində hazırda çoxsaylı zəlzələlər baş verir. Bizdə Naxçıvan ərazisində sıxılma sahələri var.

Bizim hesablamalar göstərir ki, Kiçik Qafqazda Ermənistanın Spitak rayonunda olduğu kimi güclü zəlzələnin baş verməsi üçün 200-300 il vaxt lazımdır ki, burda enerji toplansın. Böyük Qafqazda isə daha böyük deformasiyalar toplanır. Ona görə də gələcək planlarda Böyük Qafqaza dair tədqiqatları genişləndirmək, Abşeronda və Böyük Qafqazda GPS stansiyaların sayını çoxaltmaq var. Abşeron yarımadasında və onun ətrafında çox sıx GPS şəbəkəsinin qurulması çox vacibdir. Ayda bir dəfə Azərbaycan hökumətini burdakı geodinamik şəraitlə tanış etmək lazımdır. Azərbaycan mütəxəssisləri artıq buna hazırdırlar”.


Teqlər:
Bu xəbər cəmi 2475 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR