Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qohumları anası öldürülən 3 uşaqdan imtina etdilər

Qohumları anası öldürülən 3 uşaqdan imtina etdilər


"Zərdabda ailə-məişət zorakılığı zəminində baş verən qətl hadisəsinin şahidi olan 3 azyaşlı uşağa psixoloji dəstək göstərilir".



Bu barədə azvision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib. Onun sözlərinə görə, komitə hazırda həmin uşaqların gələcək taleyi ilə məşğul olur. "Onlara birinci növbədə psixoloji dəstək lazımdır. Zərdabda Uşaq və Ailələrə Dəstək Mərkəzimiz var və oranın psixoloqları azyaşlılarla məşğul olurlar. Onlarla görüşür və reabilitasiya işləri aparırlar". 



T.İbrahimova bildirib ki, yaxın qohumları uşaqlardan imtina edib, səbəb kimi vəziyyətlərinin yaxşı olmadığını qeyd ediblər.



"Uşaqlar, çox güman ki, dövlət himayəsinə veriləcəklər. Bununla bağlı işlər aparılır. Qohumlar uşaqlardan imtina edirlər. Nənə, baba və digər qohumları vəziyyətlərinin yaxşı olmadığını deyərək uşaqlardan üz döndəriblər. İndi həmin uşaqların sənədləri hazırlanır və onlar dövlət himayəsinə veriləcəklər". 



Qeyd edək ki, bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətil hadisəsi baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb. Hadisə azyaşlı uşaqların gözü qarşısında baş verib. Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


Teqlər:
Bu xəbər cəmi 2330 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR