Bu gün Mərkəzi Bankın nəzarəti altında növbəti dollar hərracı keçirilib.
Fins.az xəbər verir ki, hərracın nəticəsinə görə, dollar 90 qəpik bahalaşıb. Beləliklə hərrac 1,6580 məzənnəsi ilə yekunlaşıb.
Qeyd edək ki, üçsessiyalı hərrac üzən məzənnə rejiminin tam tətbiqinə keçid hesab olunsa da, Mərkəzi Bank manatın məzənnəsinin inzibatı yollarla tənzimlənməsini davam etdirir. Artıq bir neçə dəfədir ki, hərracın sonunda dollar eyni həcmdə, yəni 90 qəpik bahalaşma nümayiş etdirir.