Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Elmar Məmmədyarov İlham Əliyevin məktubunu Misir prezidentinə çatdırdı

Elmar Məmmədyarov İlham Əliyevin məktubunu Misir prezidentinə çatdırdı


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində prezident Əbdül Fəttah əs-Sisi tərəfindən qəbul olunub.



 



Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.



 



Məlumata görə, E. Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misirin dövlət başçısına çatdırıb.



Prezident Əbdül Fəttah əs-Sisi salamlarının və ən xoş arzularının Azərbaycan prezidentinə çatdırılmasını xahiş edib.



 



Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Əbdül Fəttah əs-Sisi Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirib və islam həmrəyliyinin vacibliyini qeyd edib. Görüşdə İslam dininin sülh, həmrəylik və tolerantlıq dini olduğu qeyd olunub.



 



E. Məmmədyarov gələn il Azərbaycanda IV İslam Həmrəyliyi oyunlarının keçiriləcəyini diqqətə çatdırıb və Misir idmançılarını oyunlarda yaxından iştiraka dəvət edib. Nazir ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsinə verdiyi töhfələri barəsində danışıb.



Görüş zamanı Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olundu, enerji sahəsində SOCAR ilə EGPC ilə qurulmuş 6 illik əməkdaşlıq yüksək qiymətləndirilib, bu əməkdaşlığın böyük perspektivlərinin olduğu qeyd olunub.



Görüşdə ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:
Bu xəbər cəmi 1060 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR