Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryana ayda 1930 dollar fərdi təqaüd veriləcək.
Report xəbər verir ki, bu, dövlət büdcəsi layihəsi müzakirə olunarkən məlum olub.
Məlumata görə, 2017-ci ildə 2 keçmiş prezident, 95 sabiq deputata fərdi təqaüd veriləcək. Cari ildə bu növ təqaüd alanların sayı 625 nəfərdirsə, gələn il onların sayının 623 olacağı bildirilib. Onlar 2017-ci ildə 740 dollara yaxın fərdi təqaüd alacaq.