İŞİD lideri Əbubəkr Bağdadi indiyədək İraqın Mosul şəhərində imiş.
Milli.Az xəbər verir ki, bu barədə Şimali İraq Kürdüstan Muxtariyyəti administrasiyasının rəhbəri Fuad Hüseyn məlumat verib.
"Bağdadi hələ də oradadır, onun ölümü bütövlükdə İŞİD sisteminin iflasına gətirib çıxaracaq. Ancaq onun Mosulda olması şəhərin terrorçulardan təmizlənməsi əməliyyatını çətinləşdirə və yubada bilər. Ümumiyyətlə, şəhərin azad edilməsi əməliyyatının sürəti bir çox amillərdən asılı ola bilər, xüsusən, terrorçular Dəclə çayı üzərindəki beş körpünü partladarsa, əməliyyat xeyli uzana bilər".
Xatırladaq ki, İraq ordusu oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi üçün əməliyyatlara başlayıb. Hərbi əməliyyatların ilk günündə Bağdadinin Mosuldan qaçması ilə bağlı xəbərlər yayılmışdı.