Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SOCAR ötən ay nə satıb?

SOCAR ötən ay nə satıb?


SOCAR ötən ay həyata keçirdiyi əməliyyatlar barədə hesabatı açıqlayıb.



Qafqazinfo” xəbər verir ki, şirkətin yaydığı məlumata görə, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin oktyabr ayında 84 min 162 ton dizel yanacağı, 5 min 843 ton təyyarə yanacağı, 7 min 519 ton yüksək təzyiqli polietilen, 6 min 191 ton maye piroliz qətranı və 3 min 541 ton propilen ixrac edib.



Ümumilikdə, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində 593 min 159 ton dizel yanacağı, 171 min 191 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 68 min 622 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 51 min 386 ton maye piroliz qətranı, 34 min 152 ton propilen və 15 min 166 ton butilen butadien fraksiyası ixrac edilib.



2016-cı ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 511,55ABŞ dolları, təyyarə yanacağının - 472,80 dollar, dizel yanacağının - 450,81 dollar, 1% kükürdlü mazutun qiyməti - 286,36 dollar, yüksək təzyiqli polietilenin - 1185 dollar, butilen butadien fraksiyasının - 528,93 dollar, maye piroliz qətranının - 511,55 dollar, propilenin qiyməti - 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 915 avro təşkil edib.



Şirkət bildirir ki, oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 49,67 dollara, Urals nefti 48,74 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 51,35 dollara satılıb.



SOCAR 2016-cı ilin oktyabr ayında Novorossiysk limanından 80 min 192 ton, Supsa limanından 267 min 643 ton, Ceyhan limanından 1 milyon 669 min 743 ton xam neft ixrac edib. Ümümilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 978 min 240 ton, Supsa limanından 2 milyon 121 min 271 ton, Ceyhan limanından 13 milyon 992 min 213 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac olunub.


Teqlər:
Bu xəbər cəmi 1650 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR