Türkiyə Silahlı Qüvvələri ölkənin cənub-şərqində, İraqla sərhəddə yerləşən Şırnak vilayətinə hərbi texnika yeridib.
Türkiyə mətbuatının verdiyi məlumata görə, paytaxt Ankaradan Şırnakın Silopi şəhərinə çoxlu sayda tank və ağır artilleriya daxil olub.
Qoşunların İraqın Mosul şəhərində davam edən əməliyyatlarla bağlı bölgəyə yeridildiyi bildirilir. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə qoşunlarının Mosulun İŞİD-dən azad olunması ilə bağlı əməliyyatlara qoşula biləcəyini demişdi.
Silopi Mosuldan 110 kilometr şimalda yerləşir.