Türkiyə Silahlı Qüvvələri (TSK) Baş Qərargah rəisi Hulusi Akar Rusiyaya səfər edib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, baş qərargah rəisinin Rusiya səfəri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun dəvəti əsasında baş tutub.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri danışılacaq.
Görüşdə Suriya və İraqdakı vəziyyət, İŞİD-lə mübarizədə koordinasiya da əsas müzakirə mövzusu olacaq.