Bakıda sayca yeddinci Azərbaycan-Rusiya regionlararası forum işə başlayıb.
Tədbirdə ilkin olaraq Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin məktubları oxunacaq.
Daha sonra Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin, Rusiya Federasiyasının İqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulskinin, Rusiya və Azərbaycan səfirlərinin, Xaçmaz, Nərimanov və digər rayonların icra başçılarının çıxışları planlaşdırılır.
Forumun gedişatında dəyirmi masa arxasında Rusiya və Azərbaycan regionlarının turistik imkanlarının, turizm sahəsində layihələrin, iki ölkənin sənaye potensialının inkişafı müzakirə ediləcək.
Tədbirin sonunda yekun çıxışlar və forumun nəticələri səslənəcək.
Xatırladaq ki, altıncı Azərbaycan-Rusiya regionlarası forum Qəbələdə keçirilmişdir.