Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"MEYDAN TV" YAYIMA BAŞLAYIR

Mayın 15-də Bakı vaxtı ilə saat 21.00-da Azərbaycan online televiziya məkanında yeni televiziya - Meydan TV yayıma başlayır. Meydan TV Türksat - 11804 V 24444 5/6 tezliklərində yayımlanacaq. Turan-ın Meydan -tv.com saytına istinadən verdiyi məlumata görə ,TV-nin məqsədi Azərbaycanda və ölkədən kənarda yaşayan vətəndaşlar, həmçinin Azərbaycanda nələrin baş verdiyini öyrənmək istəyən bütün vətəndaşlar üçün informasiya və əyləncə xarakterli alternativ verilişlər hazırlamaqdır. Meydan TV mərkəzi Berlin şəhərində yerləşən gənc media kanalıdır. Meydan TV- nin maliyyələşməsinə gəlincə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və Azərbaycan vətəndaşları tərəfindən maliyyələşdirilir. Meydan TV -nin yaradılması ideyası keçmiş vicdan məhbusu, Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumunun (FASE) həmtəsisçisi Emin Milliyə məxsusdur. Bundan əlavə, televiziyanın yaradılmasında xaricdə mühacirətdə olan azərbaycanlılar da iştirak edir. Meydan TV-nin direktoru Emin Milli hesab edir ki, Meydan TV açıq platforma olacaq, gündəmi müzakirəyə çıxaracaq, mövqe bildirəcək, həmçinin vətəndaşların azad mövqe bildirməsi üçün onlara “meydan” yaradacaq.

Teqlər:
Bu xəbər cəmi 2790 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR