Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlik: "İmkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilər"

Nazirlik:


"Azərbaycanda potensialı, imkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilərlər".



Bunu Trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.



Bələdiyyə müəssisələrinin yaradılması imkanının Azərbaycan qanunvericiliyində nəzərdə tutulduğunu deyən E.Əzizov qeyd edib ki, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi" əsasında bələdiyyələrə tibb müəssisəsi yaratmaq imkanı verilib:



"Potensialı, infrastrukturu olan bələdiyyələr tibb müəssisələri yarada bilər. Bu gün onlar üçün bu məsələ ilə bağlı hər hansı maneə yoxdur. Nazirlər Kabineti tərəfindən "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi" təsdiqlənib. Bələdiyyələr artıq həmin nizamnaməni əsas götürərək bələdiyyə tibb müəssisəsi yarada biləcəklər".



Nazirlik rəsmisi əlavə edib ki, artıq bələdiyyələrin özləri öz imkanları daxilində hansı xidmətləri pullu, hansı xidmətləri isə pulsuz göstərə biləcəklərini müəyyən etməlidirlər: "Bələdiyyə həm pullu, həm də pulsuz xidmətlər göstərə bilər. Bələdiyyə artıq özü müəyyən etməlidir ki, kimlərə, hansı sahələr üzrə xidmətləri pullu, kimlərə pulsuz göstərəcəklər. Əgər bələdiyyənin müəyyən yığımları olacaqsa, ərazisində yaşayan və sosial ehtiyacı olan təbəqələrə tibbi xidmətləri pulsuz göstərə biləcəklər".

Qeyd edək ki, hazırda Azərbaycanda mülkiyyət növünə görə dövlət və özəl tibb müəssisələri fəaliyyət göstərir.


Teqlər:
Bu xəbər cəmi 1475 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR