Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Azərbaycana səfəri konstruktiv və müsbət oldu.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib.
Onun sözlərinə görə, xüsusi nümayəndə öz mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dəstək verir, Azərbaycan və Ermənistana mütəmadi səfərlər edir: "Əlbəttə ki, Avropa İttifaqı üçün hər iki tərəflə təmasda olmaq vacibdir. Biz Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllini dəstəkləyirik".