Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səfir: "Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradılır"

Səfir:

"Ankara üçtərəfli əməkdaşlıq formatlarının sadəcə iqtisadi deyil, siyasi nəticələr verməsini də gözləyir".


 


Trend-ə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral deyib.


 


Səfirin sözlərinə görə, üçtərəfli formatlar üç ölkə arasında siyasi və iqtisadi əlaqələri yeni səviyyəyə çıxararaq, regional inkişafa ciddi dəstək verəcək.


 


Azərbaycan və Türkiyənin digər ölkələrlə həyata keçirdiyi üçtərəfli əməkdaşlıq formatlarının əhəmiyyətini qeyd edən diplomat bildirib ki, belə formatda əməkdaşlıq ölkələrin xalqlarına daha böyük fayda verəcək: "Bunun ən yaxşı nümunəsi Gürcüstanla olan üçtərəfli formatdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin üç ölkəyə qazandırdığı ortadadır. İnşası davam edən və yaxın zamanlarda tamamlanması gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin üç ölkəyə, həmçinin bütün Avrasiyaya fayda verəcəyi hamıya məlumdur".


 


E.Özoral diqqətə çatdırıb ki, eyni formatda İranla əməkdaşlıq da hər üç ölkənin xalqlarının xeyrinə olacaq.


 


Səfirin sözlərinə görə, Türkiyənin Orta Asiyaya gedən yolları diversifikasiya etməsi ilə Azərbaycan bu istiqamətdə əsas məntəqə olacaq: "Bütün bunlar Xəzər dənizindəki gəmi daşımaları, Ro-Ro səfərlər, regiondakı dəmir yolu daşımalarına müsbət təsir edəcək".


 


O əlavə edib ki, üçtərəfli əməkdaşlıq bir tərəfdən üçtərəfli iqtisadi əməkdaşlığın inkişafına dəstək verəcək, digər tərəfdən, üç ölkənin münasibətlərini gücləndirərək ölkələri siyasi baxımdan bir-birinə daha da yaxınlaşdıracaq: "Bütün bunlar regionda sülh və əmin-amanlığa çox böyük dəstək verəcək".


 


Diplomatın sözlərinə görə, son zamanlar Türkiyə, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlıq formatının yaradılması üzərində iş aparılır.

Teqlər:
Bu xəbər cəmi 670 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR