Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hər 3 müəllimdən birinin əmək haqqı ARTIRILACAQ

Hər 3 müəllimdən birinin əmək haqqı ARTIRILACAQ


Azərbaycanda gələn il əmək haqqı artırılan müəllimlərin sayı 100 min nəfərə çatdırılacaq. Bu da ölkə üzrə hər 3 müəllimdən birinin əmək haqqının artımla ödənilməsi deməkdir.



Trend bildirir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, ötən 2 il ərzində Bakı şəhərində və ölkənin 3 şəhər və 9 rayonunda dövlət ümumtəhsil müəssisələrində çalışan 60 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib: "Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artrılıb. Bu il isə 26 rayonun - Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Neftçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Qiymətləndirmədə iştirak edib zəif nəticə göstərən müəllimlər isə inkişaf yönümlü təlimlərə cəlb olunacaqlar. Diaqnostik qiymətləndirmə keçirilən rayonlar müəyyənləşdirilərkən ilk növbədə həmin rayonda müəllim-şagird nisbəti nəzərə alınır. 2015-ci ildə müəllim-şagird nisbəti 10-11-dən yuxarı götürülürdüsə, bu ildən o nisbət bir az da aşağı endi və 7-8 nisbətdə olan rayonlar diaqnostik qiymətləndirməyə cəlb olunacaqlar".



E.Bağırov bildirib ki, 2015-ci ildə keçirilən qiymətləndirmələrdə iştirak etməyən, qiymətləndirmədən keçməyən və eyni zamanda işə yeni qəbul edilən, yaxud iş yerini həmin rayonlara dəyişən, əmək haqqı əvvəlki qaydada ödənilən müəllimlər də bu il keçiriləcək qiymətləndirmədə iştirak edə biləcəklər.

E.Bağırov həmçinin deyib ki, bu ilki qiymətləndirmə də kompüter vasitəsilə, yəni proqram təminatı tətbiq edilməklə keçiriləcək.



Xatırladaq ki, 2014-cü ildə Bakıda, 2015-ci ildə isə ölkənin 3 şəhər və 9 rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.


Teqlər:
Bu xəbər cəmi 1530 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR