Tanınmış Türkmənistan müğənnisi Nazir Həbibov narkotik ittihamı ilə həbs edilib.
O, Türkmənisyan televiziyasının efirində əli qandallı şəkildə müntəzəm tiryək qəbul elədiyini etiraf edib.
Xəbərlər proqramında ölkəyə 35 kq tiryək keçirmək istəyən 3 qrupdan söhbət gedirmiş.
Onlar efir qarşısında bir daha bu işlə məşğul olmayacaqlarını vəd ediblər.
Sonuncü süjetdə isə əli qandallı məşhur müğənni Nazir Həbibov peyda olub.
“Gözəl yaşadığım halda hərəkətimlə valideyinlərimi, ailəmi və 4 uşağımı rüsvay elədim. Söz verirəm ki, bir də belə şey etməyəcəm. Məni bağışlayın”, - deyə o bildirib.
Nazir Həbibov Türkmənistanda ən bahalı toy müğənnilərindən biridir.
Tükmənistan xidmətindən aldığımız məlumata görə, Türkmənistanda doğulan Nazir Həbibov əslən azərbaycanlıdır. Valideyinlərindən başqa həyat yoldaşı da azərbaycanlıdır.
Türkmənistanda narkotik ittihamına görə cəza çox sərtdir.
Xüsusilə də narkotik dilerlərini uzunmüddətli həbs gözləyir, özü də amnistiyaya düşməmək şərti ilə.
Bu qanun ölkədə 2015-ci ildən qəbul edilib. (“Azadlıq” radiosu)