Adil Öksüzün yeri barədə məlumat verənə 4 milyon lirə mükafat təyin olunub
APA-nın verdiyi xəbərə görə, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin təlimatı ilə prosesləri idarə etməkdə şübhəli sayılan Adil Öksüzün yeri barədə məlumat verən şəxsə 4 milyon lirə mükafat ödənəcək.
Məlumata görə, FETÖ-nün Türkiyə Silahlı Qüvvələrindəki imamı sayılan A. Öksüzün adı Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən tərtib edilən terrorçular siyahısında “qırmızı kateqoriya”ya daxil edilib.
A. Öksüzlə bərabər bu kateqoriyada PKK terror təşkilatının rəhbərliyindəki şəxslər yer alır. Bu kateqoriyaya daxil edilən terrorçuların yeri barədə məlumat verən şəxslər üçün 4 milyon lirə mükafat nəzərdə tutulub.