Ərzurumda “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) qarşı araşdırmalar çərçivəsində təşkilatın Şərqi Anadolu bölgəsindəki “Dərnəklər abisi” kimi tanınan iş adamı həbs edilib.
APA TV-nin məlimatına görə, həbs edilən şəxs Şərqi Anadolu İş adamları Dərnəkləri Federasiyasının baş katibi Halim Gökçedir. Polisə onun Ərzurumun Otu qəsəbəsində bir evdə gizləndiyi barədə məlumat daxil olub. Məlumat əsasında əməliyyat keçirilib və iş adamı tutulub.
Məlumata görə, Hakim Gökçe bölgədə FETÖ-yə aid dərnəkləri idarə edib və təşkilatın “dərnəklər abisi” kimi tanınıb. O, iş adamlarında təşkilata qarşı rəğbət yaratmaq üçün tez-tez onları xarici səfərlərə aparırmış. Bundan başqa, şübhəli şəxsin dərnəkdən ayrılmaq istəyən iş adamlarını hədələdiyi, eləcə də, terror təşkilatının adından pul topladığı bildirilir.