“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2016-cı il 14 iyun tarixli qanununun tətbiqi haqqında sərəncam imzalasa da ancaq sənədsiz evlərlə bağlı problem hələ də qalmaqda davam edir.
Yenimeydan.info saytı xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, problem həll olunmaq üzrədir: "2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək. Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda edilən dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq. Prezidentin parlamentə göndərdiyi dəyişiklik nəzərə alınaraq bu edildi. Ona görə də kimlərin ki, sənədləri yerindədir, onlar rahat şəkildə sənəd ala biləcək".
Deputat onu da bildirib ki, 2013-cü ilə qədər məsələ faktiki olaraq öz həllini tapıb: "Bundan sonra iş vətəndaşların üzərinə düşür ki, bütün məsələləri qaydaya salıb evlərini sənədləşdirsinlər”.