Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Azərbaycan bayrağının şəhid məzarları üzərindən asılmasını dərk etmirəm"


Milli Məclisin deputatı Aqil Abbas şəhid məzarları üzərində Azərbaycanın dövlət bayrağının asılması təklifini irəli sürüb.



Ümumiyyətlə, üçrəngli bayrağımızın şəhid məzarları üzərində dalğalanması hüquqi qaydalara uyğundurmu?

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünasÇingiz Qənizadə modern.az-a açıqlamasında  deyib ki, bu məsələ rəsmiləşdirilə  bilər.

 

"Təklifi irəli sürən həmkarımız Aqil müəllim vətənpərvər insandır. Ola bilər ki, bu məsələyə onun baxışları fərqlidir. Əgər bu təklif parlamentdə səs çoxluğu ilə qəbul olunacaqsa, təbii ki, bunu rəsmiləşdirə bilərik".

 

Hüquqşünasın sözlərinə görə bu təklif heç də anlaşılan deyil.

"Şəhidlik zirvəsinə yüksələn insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Əslində, Azərbaycan bayrağının şəhid məzarları üzərindən asılmasını hüquqşünas kimi dərk etmirəm. Eyni zamanda, Azərbaycan bayrağı şəhid məzarı üstündə bir yerdən asıla bilər və buna görə heç bir qadağa yoxdur. Sadəcə, "mütləq bu, qanuniləşməlidir" deməyi doğru hesab etmirəm".

 

Deputat onu da bildirib ki, belə bir məsələni şəhid ailələrinin öhdəsinə buraxsaq, daha yaxşı olar.

"Söhbət şəhid məzarlıqlarında  bayraqların asılmasından və dövlət tərəfindən tənzimlənmədən gedirsə, belə hesab edirəm ki, bunu şəhid ailələrinin öz üzərinə buraxsaq, daha yaxşı olar. Çünki burada əlavə xərcdən, əziyyətdən söhbət getmir. Onsuz da, şəhidlərin adları əbədiləşdirilir, təhsil aldıqları məktəbə adları verilir və sairə".


Teqlər:
Bu xəbər cəmi 1525 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR