Beynəlxalq Avtovağzal Kompleskinin ticarət mərkəzində bu gün səhər saatlarında işlər tam olaraq dayandırılıb.
Milli.Az bildirir ki, səbəb kimi Avtovağzal ərazisinə Vergi Müfəttişliyinin əməkdaşlarının ciddi yoxlamalar aparmaq üçün gəlmələri göstərilir.
Dükan sahiblərinin qeyd etdiyinə görə, müfəttişlər bütün sənədləri yerində olan dükanlara da cərimə yazır və təcili surətdə yazılan cərimələrin verilməsini tələb edirlər. Avtovağzal rəhbərliyi də məhz bu səbəbdən bütün obyektlərin bağlanması ilə bağlı tapşırıq verib.
Dükan sahiblərinin qeyd etdiyinə görə, avtovağzal ticarət mərkəzində 99% dükan bağlıdır. Ticarət mərkəzi tam olaraq qaranlığa qərq olub. Prosesin nə vaxta qədər davam edəcəyi məlum deyil.