Türkiyə ordusu Mosulun azad olunması əməliyyatında iştirak etmir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Frans Press agentliyi yerli komandanlığa istinadən məlumat verib.
“Komandanlıq Naynava vilayətinin və onun paytaxtı Mosulun azad olunmasında Türkiyənin hər hansı iştirakını təkzib edir”.
Qeyd edək ki, Türkiyə baş naziri Binəli Yıldırım Mosul əməliyyatı çərçivəsində Türkiyə artilleriyasının və tanklarının kürd peşmərgələrinə dəstək verdiyini açıqlamışdı.