Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ermənistanla müharibədə itkin düşən 3824 şəxs DNT analizi ilə axtarılır

Ermənistanla müharibədə itkin düşən 3824 şəxs DNT analizi ilə axtarılır


Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevin göstərişinə uyğun olaraq, itkin düşmüş, əsir-girov götürülmüş şəxslərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və işdə tətbiqi üçün Xorvatiyanın analoji qurumu ilə əlaqələr yaradılıb.



Bu barədə modern.az-a Komissiyadan məlumat verilib.



Məlumata görə, bununla bağlı İşçi qrupunun əməkdaşları Xorvatiyaya ezam olunublar.

Nümayəndə heyəti Xorvatiyanın veteranlar nazirinin müavini, İtkin düşmüş və saxlanılan şəxslərin işi üzrə Dövlət Komissiyasının sədri Stjepan Suçiçlə görüşüb.

S.Suçiç Yuqoslaviyanın parçalanması nəticəsində regionda baş verən etnik münaqişələrinin səbəbləri və doğurduğu humanitar problemlər, xorvat xalqına qarşı törədilən müharibə cinayətləri haqqında məlumat verib. O qeyd edib ki, 1991-1995-ci illərdə Xorvatiyada 56 dəfə əsir-girovların dəyişdirilməsi prosesi həyata keçirilib və 7666 nəfər azad edilib. Ümumilikdə 149 kütləvi, 1200 fərdi məzar yeri tapılıb, 5059 insanın qalığı ekshumasiya edilib, onlardan 81.5%-i identifikasiya edilərək şəxsiyyəti müəyyən olunub. Eyni zamanda, II Dünya müharibəsində həlak olan insanlarla bağlı 59 kütləvi məzar yeri müəyyənləşdirilib, 998 insanın qalıqları ekshumasiya edilib, onlardan 773 nəfərinin qalıqları dəfn olunub.

Sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçı qrupu rəhbərinin müavini Eldar Səmədov görüş iştirakçılarına Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və yaranma səbəbləri, erməni Silahlı Qüvvələri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən terror, etnik təmizləmə, soyqırım, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüququ normalarının pozulması siyasəti haqqında ətraflı məlumat verib.

İştirakçılarının diqqətinə çatdırılıb ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamədə işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması tələb edilsə də, ərazimizin böyük bir hissəsi hələ də Ermənistan silahlı birləşmələrinin işğalı altında qalmaqdadır.

O vurğulayıb ki, Dövlət Komissiyası 1993-cü ildə yaradılıb və həmin ildən etibarən əsir-girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı işində iştirak etmiş və bu sahədə mərkəzləşmiş siyasəti həyata keçirib: "Azərbaycan daim humanitar məsələlərin həllində konstruktiv mövqe tutub, ölkə vətəndaşları ilə yanaşı, erməni milliyyətindən olan şəxslərin də işi ilə məşğul olub, onların öz ailələrinə qaytarılmasını təmin edib. Münaqişəni başlayan Ermənistan isə bir qayda olaraq qeyri-konstruktiv mövqe nümayiş etdirib, humanitar məsələni siyasiləşdirməyə çalışıb".

E.Səmədov buna misal olaraq 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Kəlbəcər rayonu ərazisinə gedən vətəndaşlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni silahlı birləşmələri tərəfindən girov götürülməsi, Həsən Həsənovun isə qətlə yetirilməsi faktını göstərib.

Daha sonra E.Səmədov Dövlət Komissiyasının fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, münaqişə müddətində 6 minə yaxın insan itkin düşüb, əsir-girov götürülüb. 1437 nəfər əsir-girovluqdan azad edilsə də, hazırda 3824 nəfər Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İtkin düşən şəxslərin axtarışı istiqamətində Dövlət Komissiyasının bir sıra beynəlxalq təşkilatlarla, əsasən də Beynəlxalq Qızıl Xaş Komitəsi ilə yaxından əməkdaşlıq etdiyi qeyd olunub. 



E.Səmədov diqqətə çatdırıb ki, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması və Azərbaycan ərazilərinin işğal altında saxlanılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin və onun yaratdığı humanitar nəticələrin həll edilməsinin qarşısında ən böyük maneə olmaqla yanaşı, itkin düşmüş şəxslərin axtarışı sahəsinə ciddi əngəllər yaradır.

E.Səmədov Dövlət Komissiyasının sədri Mədət Quliyevin adından Veteranlar nazirinin müavini, İtkin düşmüş və saxlanılan şəxslərin işi üzrə Dövlət Komissiyanın sədri Stjepan Suçiçi və Xorvatiya Respublikasının nümayəndə heyətini Azərbaycana dəvət edib.

Sonda Azərbaycan nümayəndə heyəti tərəfindən gətirilən kitablar və digər vəsaitlər Stjepan Suçiçə təqdim edilib.


Teqlər:
Bu xəbər cəmi 1465 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR