ATƏT-in Minsk qrupuna Fransadan olan yeni həmsədr təyin edilib.
Bu barədə Fransa hökumətinin informasiya portalında (Legifrance.gouv.fr) məlumat yerləşdirilib.
Fransadan olan yeni həmsədr Stefan Viskontidir. O, bu vəzifədə Pyer Andryönü əvəz edəcək.
Qeyd edək ki, S.Viskonti daha əvvəl Fransanın Latviyadakı səfiri olub.