Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus, ümumi sahəsi 139 m2 olan üç otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m2 sahədə yanıb.
FHN-in mətbuat xidməti xəbər verir ki, mənzil yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.