Ukraynanın "İndar" iri əczaçılıq şirkəti Azərbaycanda dərman istehsalı zavodu tikməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko Bakıda turizm forumunda deyib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda müvafiq danışıqlar aparır və müəssisədə iştirak payının 50-nin 50-yə olacağı gözlənilir.