Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rövnəq Abdullayev qohumunu güdaza verir

Rövnəq Abdullayev qohumunu güdaza verir
Neft şirkətindəki daxili “müxalifət” zərərsizləşdirilir “Azəriqaz” rəisi Əkbər Hacıyevin yaxın günlərdə işdən çıxarılacağı gözlənilir, onun həbsi də istisna deyil; şirkətin Naxçıvan əsilli işçiləri kütləvi şəkildə işdən qovulur...


 



ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin rəisi, şirkət prezidenti Rövnəq Abdullayevin yaxın qohumu olan Əkbər Hacıyevin yaxın günlərdə işdən çıxarılacağı gözlənilir. Onun yerinə ARDNŞ prezidentinin başqa bir qohumu, hazırda Binəqədi Qaz İstismar Sahəsinin rəisi işləyən İlkin Əliyevin gətiriləcəyi gözlənilir.



Bu barədə qəzetimizə neft şirkətindəki mənbədən məlumat daxil olub. Bildirilir ki, Ə.Hacıyevin işdən çıxarılması və yerinə İ.Əliyevin təyinatı barədə təqdimat artıq Prezident Administrasiyasına təqdim edilib. Administrasiya rəhbərliyinin razılığından sonra sərəncamlar rəsmən elan ediləcək.

Ötən saylarımızda Əkbər Hacıyevlə ARDNŞ Neft Kəmərləri İdarəsinin sabiq rəisi Zöhrab Quliyevin R.Abdullayev haqda kompromatları mediaya sızdırması barədə yazmışdıq. Yazıda iddia olunurdu ki, Z.Quliyev qanunsuz tikililərlə bağlı yaradılan xüsusi komissiyanın apardığı araşdırmalardan sonra vəzifəsindən kənarlaşdırılıb. Məlum olub ki, Z.Quliyev bu məsələdə rəhbərliyin xəbəri olmadan qərarlar qəbul edib, ciddi sapmalara yol verib. Bu barədə R.Abdullayevə məruzə olunduqdan sonra ARDNŞ prezidenti qohumu və uşaqlıq dostu Z.Quliyevin etimaddan sui-istifadə etməsini bağışlamayaraq onu vəzifəsindən azad edib. Bunun ardınca Ə.Hacıyevlə Z.Quliyev ARDNŞ prezidentinə təzyiq etmək üçün daxili intriqalarla zəngin olan məlumatları KİV-lərə sızdırmağa başlayıblar. Bundan sonra R.Abdullayev məlumatı ötürən mənbələrin tapılması ilə bağlı göstəriş verib. Daxili araşdırmalar nəticəsində bəlli olub ki, məlumatlar KİV-lərə “Azəriqaz” istehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevin sifarişi ilə sızdırılıb. Bundan sonra Ə.Hacıyevin fəaliyyətini araşdırmaq tapşırığı verilib.

“Yeni Müsavat”ı bilgiləndirən mənbə bu xəbəri təsdiqləyib: “Ə.Hacıyevin fəaliyyəti ilə bağlı dosye artıq hazırdır və Prezident Administrasiyasına təqdim edilib. Dosyedə Ə.Hacıyevin ”Azəriqaz"a rəhbərlik etdiyi dövrdə yol verdiyi maliyyə fırıldaqları, rəhbərlik əleyhinə mediaya məlumat ötürməsi konkret faktlarla göstərilib. Siyasi rəhbərlik onun bu hərəkətindən bərk qəzəblənib və ARDNŞ prezidentinə materialları Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etməyi tapşırıb. Böyük ehtimalla, yaxın günlərdə Ə.Hacıyev barəsində cinayət işi açılacaq. Çünki onun hərəkətləri hakimiyyətin yazılmamış qanunları ilə tam ziddiyyət təşkil edir. Bu səbəbdən də onun cəzasız qalması mümkün deyil".

Qaynaq Ə.Hacıyev və Z.Quliyev arasındakı gərginliyin səbəblərinə də aydınlıq gətirib: “Ə.Hacıyev R.Abdullayevin yaxın qohumu, Z.Quliyev isə uşaqlıq dostudur. Onlar belə hesab edirdilər ki, R.Abdullayev ARDNŞ-ə rəhbərlik edirsə, onlar məhdudiyyətsiz səlahiyyət sahibi olmalı, obrazlı desək, neft şirkətində at oynatmalı idilər. Ə.Hacıyev və Z.Quliyevin son dövrlərə qədərki davranışları və hərəkətləri bu düşüncəyə əsaslanmışdı. Onlar sürətlə qohum-əqrəbalarını, tanış-bilişlərini neft sektoruna transfer etməyə başladılar. Hətta fərqli ixtisas sahibi olan qohumlarını Neft Şirkətində əsas postlara yerləşdirdilər. Proses Z.Quliyev işdən çıxarılana qədər davam etdi. Bundan sonra onun yaxınları olan xeyli naxçıvanlı şirkətdən qovuldu. Narazı naxçıvanlılar Ə.Hacıyevin ətrafında cəmləndilər. Ə.Hacıyev vəzifədən çıxarılacağı təqdirdə onun yaxınları olan xeyli naxçıvanlının işdən çıxarılması gözlənilir”.

Mənbə Z.Quliyevin işdən çıxarılmasının bəzi detallarına da aydınlıq gətirir: “Z.Quliyevin fəaliyyətinin araşdırılması ideyası Prezident Administrasiyasından gəlib. Administrasiyaya çatan siqnallara görə, Z.Quliyev özfəaliyyətlə məşğul olurmuş. R.Abdullayev də dərhal onun fəaliyyətini araşdırıb və faktlar təsdiqlənib. Ümumiyyətlə, ARDNŞ-nin fəaliyyəti daim prezident və Prezident Administrasiyasının nəzarəti altındadır. Şirkətin daxilindəki proseslər barədə məlumatlar bir neçə mənbədən siyasi hakimiyyətə çatdırılır. Bu baxımdan bu addımların R.Abdullayevin yox, siyasi hakimiyyətin iradəsi ilə atıldığı ortaya çıxır. Ə.Hacıyevin yerinə başqa bir qohumunun təqdimatını verməsi də göstərir ki, ARDNŞ prezidenti təfəkkür baxımından Z.Quliyev və Ə.Hacıyevdən çox da fərqlənmir”.



İqtisadiyyat şöbəsi


Teqlər:
Bu xəbər cəmi 2150 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR