Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra kənd təsərrüfatı və emalı məhsulları, inşaat materialları üzrə idxal gömrük rüsumları artırılıb.
Milli.Az xəbər verir ki, bu barədə oktyabrın 19-da Bakı Biznes Mərkəzində 150-yə yaxın ixracatçı şirkətin iştirakı ilə keçirilmiş "Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar" mövzusunda Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərkən bildirib.
O, daha sonra bunları əlavə edib: "Bu, yerli istehsalın qorunmasına və genişlənməsinə, eləcə də ixrac imkanlarının artırılmasına əlavə stimul yaradır. Ancaq bu ilk addımdır. Belə ki, özünütəminetmə səviyyəsi yüksəldikcə yeni məhsullar bu siyahıya daxil edilə bilər".