Dünya bazarında neftin qiyməti 2021-ci ilə qədər 60 dollar/barel səviyyəsini keçməyəcək.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu məlumat Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Orta Asiya regionu iqtisadiyyatı ilə bağlı bu gün dərc edilən hesabatında verilib.
Xatırladaq ki, BVF-nin bundan əvvəlki hesabatında neftin 1 barelinin qiymətinin 2021-ci ilə qədər 50 dollar səviyyəsini keçməyəcəyi ehtimal edilib.
Yeni hesabatda həmçinin bildirilib ki, neftin orta qiyməti 2016-cı ildə 43 dollar/barel səviyyəsindən 2017-ci ildə 51 dollar/barelə yüksələcək.
Fondun ekspertləri hesab edirlər ki, neftin qiyməti üzrə proqnozların dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklər səbəbindən azaldılıb-artırılması mümkündür.("Report")