İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fətullahçı Terror Təşkilatını (FETÖ) terror təşkilatı elan edib.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz twitter səhifəsində yazıb.
Qərar Özbəkistanın paytaxtı Daşkənddə Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında qəbul olunub.
Mətbuatın yazdığına görə, qərarı yalnız Misir dəstəkləməyib.
İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.