NPU - Assuriya xristian özünümüdafiə dəstəsi Mosulun İŞİD-dən azad olunması əməliyyatında iştirak edir.
“RİA Novosti” xəbər verir ki, dəstə üzvləri artıq şəhərin şimalındakı iki kəndi azad ediblər.
NPU-nun komandiri Atra Kado deyib ki, hücumlar davam edəcək:
"Assuriya kəndlərini İŞİD-dən azad etməyə hazırlaşırıq. Hələ üç kiçik yaşayış məntəqəsini də azad etməliyik".