Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ermənilər azərbaycanlı iş adamını vəhşicəsinə döyüb

Ermənilər azərbaycanlı iş adamını vəhşicəsinə döyüb
Ukraynada bir qrup erməni azərbaycanlı iş adamını vəhşicəsinə döyüb.


Əslən Masallı rayonundan olan iş adamı Elşən Azad oğlu Əzimov dünən axşam saat 19.00 radələrində Kiyev şəhərininBrovarskoe şosse 61 ünvanında ermənilərin hücumuna məruz qalıb.



Hazırda çətinliklə danışan iş adamı deyib ki, ona Ermənistandan olan, özünü qondarma “Dağlıq Qarabağın vətəndaşı” kimi təqdim edən Mıçak və Samvel Xıdıryan qardaşları, onların tanışı Armen Petrosyan və bir neçə maskalı şəxs hücum edib. İş adamının bildirdiyinə görə, hadisə etnik zəmində baş verib.



E. Əzimov onu da əlavə edib ki, Xıdıryan qardaşları çirkli pulların daşınması, qaçaqmalçılıq kimi əməllərlə məşğul olmaqla məşhurdurlar: “ Onlarla bir neçə dəfə etnik zəmində mübahisələrimiz olub. Özlərini Dağlıq Qarabağa aid şəxs kimi təqdim eləmələrinə etirazımı bildirmişəm. Dünən axşamüstü isə şosse kənarında şərikimlə söhbət etdiyim zaman yanımızda maşınlar dayandı. Bu şəxslər bir neçə maskalı ilə maşından düşüb, mənə hücum çəkdilər, yanımdakı şəxs qaçıb getdi. Azərbaycanlıları təhqir edə-edə məni ölümcül döydülər, sonuncu zərbəni isə çəkiclə vurublar. Huşumu itirmişəm, öldüyümü zənn edib gediblər. Burda deyilənə görə, bir müddət sonra yerli sakinlərdən məni görən olub, təcili tibbi yardımla yaxınlıqdakı xəstəxanaya gətirilmişəm”.

Həkimlərin bildirdiyinə görə, E. Əzimov ağır kəllə-beyin travması alıb.



Hadisə barədə Kiyev şəhər hüquq-mühafizə orqanları, həmçinin Azərbaycan və Ermənistanın Ukraynadakı səfirlikləri məlumatlandırılıb. Bu gün Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) sədri Rövşən Tağıyev yaralıya baş çəkib.



Son məlumata görə, Kiyev şəhər Milis İdarəsinin və şəhər prokurorluğunun əməkdaşları E. Əzimovla görüşüb, hadisə yerinə baxış keçiriblər.


Teqlər:
Bu xəbər cəmi 1265 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR