Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məhkumlar arasında DAVAYA görə cinayət işi başladı

Məhkumlar arasında DAVAYA görə cinayət işi başladı


İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsinə (CÇM), Müalicə Müəssisəsinə və İxtisaslaşmış Müalicə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçiriblər.



Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmələrdə məqsəd daxil olmuş müraciətlərin, məhkumlarla rəftar və onların saxlanılma şəraitinin araşdırılması, beynəlxalq standartlara və Cəzaçəkmə müəssisələrinin Daxili intizam Qaydalarına uyğun şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi, habelə 13 saylı CÇM-də məhkumlar arasında məişət zəmində baş vermiş münaqişənin araşdırılması olub.



MPQ-nin həkim üzvünün də iştirak etdiyi araşdırma çərçivəsində konfidensial şəraitdə qəbul edilmiş məhkumlar 13 saylı CÇM-in yaşayış sahəsində məhkumlar arasında məişət zəmində baş vermiş münaqişə ilə bağlı cərimə təcridxanasına keçirildiklərini, müəssisə əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqə və zorakılığa məruz qalmadıqlarını, cərimə təcridxanasındakı saxlama şəraiti və rəftarla bağlı şikayətlərinin olmadığını, hər gün həkim müayinəsindən keçirildiklərini, o cümlədən müəssisəyə heç bir əlavə xüsusi dəstənin yeridilmədiyini, bu barədə yayılan məlumatların əsassız olduğunu bildirmiş, öz ifadələrini müvafiq aktlarda təsdiq ediblər.



Faktla əlaqədar prokurorluqda cinayət işinin başlanıldığı məlum olub.



Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.



Başçəkmələr çərçivəsində məhkum olunmuş şəxslərlə rəftara dair müəssisə rəhbərliyi və xidmət əməkdaşları ilə maarifləndirici söhbətlər aparılıb, müvafiq müəssisələrin rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.


Teqlər:
Bu xəbər cəmi 1295 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR