Rusiya prezidenti Vladimir Putin oktyabrın 19-da “Normandiya dördlüyü” ölkələrinin dövlət başçılarının görüşündə iştirak edəcək.
Bu barədə “İnterfax” Moskvadakı mənbəyə istinadən xəbər yayıb. Görüş Berlində olacaq.
Qeyd edək ki, Donbas probleminin həlli üzrə “Normandiya dördlüyü”nün son görüşü ötən il oktyabrın 2-də Parisdə keçirilib. Bu qrupa Rusiya, Almaniya, Fransa və Ukrayna daxildir.(APA)