"2005-2015-ci illərdə alternativ enerji sahəsinə 987,4 mln. manat vəsait yatırılıb ki, onun 83%-i dövlət, 17%-i isə özəl sektorun payına düşür".
Azvision.az bildirir ki, bunu "Dayanıqlı İnkişaf üçün Enerji" 7-ci Beynəlxalq Forumda çıxış edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib.
Sədr müavini qeyd edib ki, 2020-ci ildə 1,1 mlrd.kubmetr qaza qənaət olunacaq: "Alternativ enerji sahəsində apardığımız işlər 2020-ci ildə 1,1 mlrd. kubmetr qaza qənaət etməyə imkan verəcək. Bu isə ÜDM-in 7,9% artması deməkdir".