Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Sizə böyük ümidlər bəsləyirik” - Antoniu Quttereşə məktub

“Sizə böyük ümidlər bəsləyirik” - Antoniu Quttereşə məktub


Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının yeni seçilmiş Baş katibi Antoniu Quttereşə təbrik məktubu göndərib. 



AzerTac xəbər verir ki, təbrikdə deyilir:



"Hörmətli cənab Quttereş,



Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.



Azərbaycan müstəqillik qazandığı ilk gündən BMT ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir, təşkilatın bütün strukturları ilə səmərəli əməkdaşlıq edir, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında və dünya ictimaiyyətini narahat edən məsələlərdə BMT-nin mövqeyini dəstəkləyir.



Mən sizin Azərbaycana etdiyiniz səfərlərinizi, sizinlə keçirdiyimiz görüşləri və apardığımız fikir mübadilələrini məmnunluqla xatırlayıram. Ümidvaram ki, dünyada sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar olunmasında, qarşıya qoyulan qlobal vəzifələrin həllində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.



Biz həmçinin, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarına qayıtması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində BMT-nin Baş katibi kimi şəxsən sizin səylərinizə böyük ümidlər bəsləyirik.



Bir daha sizi təbrik edir, bəşəriyyət qarşısında duran qlobal problemlərin aradan qaldırılması, dünyada sülhün və təhlükəsizliyin bərqərar olunmasında mühüm və aparıcı rola malik BMT-nin Baş katibi vəzifəsində sizə uğurlar arzu edirəm".


Teqlər:
Bu xəbər cəmi 1030 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR