Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Qərarımız belə oldu ki, Milli Şuraya getməyək"

Erkin Qədirli: «Biz vahid namizədi dəstəkləyə bilərik, bir şərtlə ki, parlamentli respublikaya keçidi vəd etsin»


"REAL» Hərkatının Məclis sədri Erkin Qədirli gündəmin aktual mövzuları ilə bağlı «Bizim Yol» qəzetinin suallarını cavablandırıb. "Yenimeydan.info"  Erkin Qədirli ilə müsahibəni kiçik ixtisarla oxucularına təqdim edir. 



- Erkin bəy, ABŞ rəsmisi Tomas Melianın Bakı səfərindən və Avropa Məhkəməsinin REAL sədri İlqar Məmmədovun şikayəti icraata götürməsindən sonra ona qarşı növbəti ağır ittihamların irəli sürülməsi hakimiyyətin qərarının qəti olduğu anlamını daşımırmı?



- İlqar Məmmədova irəli sürülən birinci ittiham da saxtaydı, çünki o, İsmayıllı hadisələrindən bir gün sonra rayonda olub. Cəmi 1 saat rayonda olan REAL sədrinə qarşı ittiham irəli sürmüşdülər ki, guya, hakimiyyətin qanuni tələblərinə tabe olmamaq çağırışı edib. Novruz Bayramı ərəfəsində həbs müddəti daha 2 ay uzadıldısa da ötən müddətdə heç bir istintaq hərəkətləri görülmür. Təsəvvür edin ki, onu istintaqdan yayınmamaq üçün həbs etmişdilərsə, faktiki olaraq bu müddətdə istintaq ondan yayınır. Beləliklə, həbsin siyasi olduğu aydınlaşır. Ötən müddətdə heç kəs namizəd kimi qeydiyyatdan keçmədiyindən potensial namizəd İlqar Məmmədov olub, ona görə ki, namizədliyi elan edilmişdi. İkinci, İlqar Məmmədov yeni müxalifət və çox fərqli çevrənin təmsilçisidir. Bir sözlə, siyasi səhnəyə canlanma gətirəcək şəxsdir. Bu baxımdan öncədən uzaqlaşdırdılar ki, seçki hazırlıqlarında fəal iştirak edə bilməsin. Düzdür, bizlər bir sıra işləri görsək də, İlqar Məmmədovun həbsi bəzi məsələləri yubadır. Ən azından ünsiyyət baxımından xeyli vaxt itirilir, həm saxlanma şəraiti normal deyil, ona qəzet verilmir, həm də kamerada yazdıqlarını çıxarda bilmir. Ancaq Azərbaycanla bağlı Avropa Məhkəməsinin təcrübəsində ilk dəfədir ki, həbsin 2 ayı tamam olmamış onun qanunsuz həbsi işini icraata götürüb hökumətlə danışıqlara başlayıb. Nəhayət, iyunun 18-nə qədər vaxt veriləndən sonra yeni saxta ittihamlar irəli sürüldü.



- Bəlkə növbəti ittihamlar Avropa Məhkəməsinin açıqlamasına bir cavab idi...?



- Məqsəd Avropa Məhkəməsi ilə yazışmanın uzanmasıdır, çünki yeni ittiham gündəmə gəldiyindən hakimiyyət yeni halların yarandığını bildirəcək. Amma Avropa Məhkəməsinin bunu nəzərə almayacağına ümid edirəm. Görünən odur ki, hakimiyyət İlqar Məmmədovu həbsdə saxlamaqla seçkidə iştirakını əngəlləməyə israrlıdır. Əsas məsələ bu məqamda axtarılmalıdır. Məsələ ondadır ki, iqtidar indiyə qədər seçkidə iştirak etmiş şəxslərlə aşağı-yuxarı necə davranmağı bilir. Bu mənada İlqar Məmmədov yeni iddiaçıdır, sədri olduğu təşkilat da fərqli müxalifətdir.



- Seçkiyə qalan 5 ayda hansısa dəyişiklik gözləyirsiniz?



- Əvvəla seçki mühiti yoxdur. Xarici diplomatlar da görüşlərdə bu narahatlığı ifadə edirlər. Belə olduqda normal seçkilərin keçirilməsindən danışmaq mümkün deyil. Ona görə xoş xəyalda deyilik ki, İlqar Məmmədovu azad edəcəklər, yaxud azad seçkilər keçirəcəklər. Bu mənada ağır şərtlər altında işləməyə hazırlaşırıq və namizədimiz İlqar Məmmədovdur.



- Bu günlərdə REAL-in Milli Şurada olacağı fikri səsləndi, xəbər doğrudurmu?



- Həmin fikri REAL yox, bizi Milli Şurada görmək istəyənlər səsləndirib. Prosesləri diqqətlə izləyirik və Eldar Namazovla, Əli Kərimliylə epizodik söhbətlərimiz olsa da, konkret qərar yoxdur. Şərtlərimizi çoxdan elan etmişik, biz prinsipcə vahid namizəd olacaqsa, dəstəkləməyə hazırıq. Amma bunun bir neçə ideoloji şərtləri var.



- Nədən ibarətdir şərtləriniz?



- Açıq deyirik, gələcəkdə Azərbaycanın parlament respublikasına keçidini vəd etməyən namizədi dəstəkləməyəcəyik. Hərçənd ki, həmin namizədi şəxsiyyət etibarıyla bəyənə də bilərik. O cümlədən, siyasi-iqtisadi şərtlər də var, yəni biz kor-koranə kimisə dəstəkləməyəcəyik, yəni şəxsiyyətə görə dəstək vermək önəmli deyil. İdeoloji çərçivələr, strateji məqsədlər və bu işi həyata keçirə biləcək komanda, biz bunları görmək istəyirik. Amma REAL Milli Şurada iştirak edəcəyini açıq ifadə etməyib.



- İlqar Məmmədovun münasibətini gözləyirsiniz?



- Yox, onun mövqeyi var.



- Necədir?



- Bilirsiniz, bu, situativ mövqedir, vəziyyət dəyişə bilər. Hər halda biz Milli Şura hazırlıqlarının içində deyilik, hansı danışıqlarının getdiyini bilmirik, yalnız mətbuatdan öyrənirik. Sadəcə, Milli Şuranın təşkilində aydın olmayan məqamlar çox olduğundan xüsusi olaraq can atmırıq. Məsələ ondadır ki, Milli Şura REAL İdarə Heyətində müzakirə olunub, ümumi qərarımız belə oldu ki, quruma getməyək. Çünki yeni yaranan müxalif hərəkat üçün özünü qurmaq daha vacibdir, nəinki ideoloji şərtləri və çərçivələri məlum olmayan birliyə üzv olmaq. Üstəlik tarixi analogiyalar da var, 1848-ci ildə Avropada inqilablar gedən zaman Almaniyada bu proseslərin olmaması üçün millətin ziyalıları toplaşıb parlament qurdular və bu qurum tarixə professor parlamenti kimi düşdü. Yəni onları seçməmişdilər, özləri özlərini təyin etmişdilər, əsasən hüquq, fəlsəfə sahəsinin professorlarıydı, çox ağıllı insanlar idi. Çox ciddi müzakirələr nəticəsində vacib qərarlar qəbul olunsa da, heç biri keçmədi. Çünki hansı mənafe qruplarını təmsil etdikləri məlum deyildi, bu suallar açıq olduğundan xoş niyyətləri baş tutmadı. Bu mənada Milli Şuranı ən yaxşı halda oxşar aqibət gözləyə bilər, biz REAL olaraq həmin vəziyyəti nəzərə alırıq və ora can atmırıq.



- Söhbətimizin yönünü dəyişək, parlamentdəki çıxışlar, Sirus Təbrizlinin açıqlamaları, sabiq YAP-çı deputat Gülər Əhmədovanın həbsinin daha 3 ay artırılması göstərir ki, ölkədə anti-Mehdiyev kampaniyası gedir. Siz necə görürsünüz bu məsələləri?



- Bu sahədə Siz məndən çox bilirsiniz, çünki bizlər hakimiyyətdaxili qarşıdurmaları xüsusi izləmirik. Sistem olaraq bilirik ki, mövcud hakimiyyətin içində vahid komanda mümkün deyil. Ona görə ki, inhisarlar və onların qarşıdurmaları olan sistemdə bu cür kampaniyaların olması qaçılmazdır. Bəli, bu kampaniyaların birinci kimə qarşı olması mətbuat üçün maraqlıdır. Əsas odur ki, mövcud sistemin nəticəsindən doğan iqtisadi sistemdə sağlam münasibət mümkün deyil. Bu mənada daxili çəkişmələr labüddür, getdikcə də dərinləşəcək, hakimiyyətin resursları azaldıqca daha da şiddətlənəcək.



- Ümumiyyətlə, Ramiz Mehdiyevin istefasıyla hakimiyyətin özündə və cəmiyyətdə yeniləşmə mümkündürmü?



- Hakimiyyətdə kimin islahatçı, kiminsə mühafizəkar olduğunu bilmək olmur. Çünki hərə öz qayğılarıyla yaşayır və ilk olaraq öz mənafelərini güdür. Çəkişmələrin təməlində də bu amil dayanır. Yəni “klientalist” bir sistem olduğundan iqtidar üçün çəkişmələrin təhlükəsi ondadır ki, “açar” adamlardan biri “vurulacaqsa” onun özü üçün qurduğu alt-sistem rabitəsiz qalacaq. Ona görə İlham Əliyevin çətinliyi ondadır ki, heç kəsi azad edə bilmir.



- Amma parlament səviyyəsində kampaniya gedir...



- Dolayısıyla olur, sadəcə, təşəbbüsün kim tərəfindən gəldiyini bilmirik. Prezidentin səlahiyyəti geniş olsa da, heç nə edilmir. Daha bundan artıq nə ola bilər, İsmayıllı hadisələrindən sonra “məmurların övladları qudurub” dedi. Axı prezident onların övladlarına tərbiyə vermək üçün həmin fikri işlətməmişdi. Əksinə, mesaj məmurların özlərinəydi, bunu deyəndən sonra fərmanı verib vəzifədən çıxarırsan, vəssalam. Amma bunları etmir, yalnız ictimai tənbehlə məşğul olur. Bir daha deyirəm: prezidentin əlində kifayət qədər səlahiyyət olsa da, sistem “klientalist” olduğundan bunları edə bilmir. Çünki bir məmuru çıxarsan, bütün sxem pozulur.



- Belə bir versiyalar var ki, hakimiyyət bütün diqqəti Mehdiyev üzərində fokuslaşdırır, seçkiyə yaxın onunla vidalaşır və seçki kampaniyasını da bu amilin üzərində qurub prosesi başa vurur. Siz necə düşünürsünüz?



- Ramiz Mehdiyev onlara mane olur seçkini keçirməyə?



- Bu versiyada hazırki reallıqlar əsas götürülür, yəni durum hakimiyyətə mane olur.



- Əslində sistem böhranının problemi üçüncü müddət məsələsidir.



- Bəs ictimai rəy, insanların hər şeydən narazılığı...?



- Hakimiyyətdəkiləri bunlar qayğılandırmır, çünki onların legitimliyi ictimai rəy və vətəndaşların səsi üzərində qurulmayıb. Legitimlik öz aralarında olan şifahi anlaşma üzərində qurulub. Ki, bir-birilərinə toxunmurlar, İlham Əliyev Heydər Əliyevdən sonra kompromis variant kimi qalır. Çünki başqa biri namizəd olsaydı, digərləri birləşib onu əzəcəklər. Sadəcə, üçüncü müddət problemi ortalığa çıxır.



- Ancaq Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli qəzetimizə müsahibəsində əvvəlki qanuna istinad etməyi doğru saymamışdı...



- Mən bu barədə aydın danışmışam və sonra yazdığım məqaləyə Konstitusiya Məhkəməsinin hakimi cavab verdi. O zaman Venessiya Komissiyasının açıqlamasına nə cavab verəcəklər? Əslində maraqlı məsələdir, çünki Venessiya Komissiyası heç zaman öz rəyini açıqlamır.



- Onlar demokratiyaya ziddi hesab edirlər, hüquqa yox...



- Əgər İlham Əliyevin üçüncü dəfə seçilmək məqsədi vardısa, niyə konstitusiyanı 2008-ci ildə yox, seçkidən sonra dəyişdilər? Axı prezident 2008-ci ildə and içib bu vədi üzərinə götürüb. Bu baxımdan qanunun geriyə tətbiqi düzgün deyil, həm də bu, insan hüquqları yox, hakimiyyətin təşkili məsələsidir.


Teqlər:
Bu xəbər cəmi 2160 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR