ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinin vəzifəsini səhv salıb.
Moderator.az rus KİV-nə istinadən xəbər verir ki, ABŞ lideri respublikaçıları Rusiyaya qarşı sərt mövqeyə görə tənqid edərkən səhvən Putini “KQB-nin keçmiş rəhbəri” adlandırıb.
O, respublikaçılara “Siz xarici siyasət məsələlərində sərt mövqe tutur və Rusiyanın əleyhinə çıxış edirsiniz, sonra isə KQB-nin keçmiş sədri Putini özünə örnək alan Trampı namizəd kimi irəli sürürsünüz”,- deyib.
Obama onu da əlavə edib ki, bu cür vəziyyət çox kədərlidir.
Qeyd edək ki, Vladimir Putin KQB rəhbəri yox, 1998-1999-ci illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru olub.